Bəzi SEO mütəxəssisləri SEO - ya uyğun kontent yazdırmaqda əziyyət çəkirlər. Bu çox vaxt aparan, ancaq lazımlı işdir. Son vaxtlar isə ChatGPT kimi texnologiyalardan istifadə etməyə başlayıblar. Bu halda ortaya bir sual çıxır.
Axtarış sistemləri ChatGPT tərəfindən yazılan kontenti müəyyən edə bilir?
Bəli, müəyyən edə bilir. Məsələ burasındadır ki, axtarış sistemləri, istifadəçilərə unikal kontent göstərməyi hədəfləyir. Təəssüf ki, ChatGPT kimi botlar hələ də, unikal kontent hazırlaya bilmir. Buna görə də, məsələn Google kimi axtarış sistemləri, bu kimi botların hazırladığı kontentləri axtarış nəticəsi səhifəsinə çıxarmaqda maraqlı deyillər. Bu bəlkə də, gələcəkdə, "bot-insan" münaqişəsi və ya "insan millətçiliyi" kimi qiymətləndirilib, qınanılacaq. Lakin, realda mənzərə belədir.
Bəs ChatGPT - nin hazırladığı kontenti necə müəyyən etmək olar?
Əslində, yuxarıda da qeyd edildiyi kimi botlar unikal və heç yerdə istifadə edilməyən kontent hazırlaya bilmədiyindən, onları aşkarlamaq asandır. Lakin, ChatGPT kimi inkişaf etmiş botlarda bu iş bir qədər çətinləşib. Buna baxmayaraq, onları hələ də, müəyyən etmək mümkündür. Məsələn, Amerikada Princeton Universitetinin tələbəsi bu tip kontenti ayırd edə bilən tətbiq hazırlayıb.
GPTZero nümunəsi
Komputer elmləri üzrə böyük mütəxəssis olan Edward Tian, GPTZero adını verdiyi bu tətbiqin, ChatGPT tərəfindən hazırlanan kontentləri aşkarladığını bildirib.
GPTZero necə işləyir?
İşlətdiyi machine learning texnologiyası, iki dəyişənə baxır. İlk olaraq, o mətnlərdə olan "tərəddüd" səviyyəsini ölçür. Daha doğrusu, burada olan təsadüfiliyi ölçür. Belə ki, insanlar tərəfindən yazılan mətnlər, botlar tərəfindən yazılan mətnlərə nisbətdə daha fərqli və "gözlənilməz" olur. (Məsələn, mətnin daxilində hansı sözlərin ardıcıl işlənməsini təxmin etmək çətin olur)
Tətbiq "tərəddüd" səviyyəsindən başqa ikinci üsuldan da, istifadə edir. Alqoritm bu səfər, mətn daxilində olan variasiya və tutarsızlıq səviyyəsəsini ölçür. Çünki, insan tərəfindən yazılan məqalələrdə çoxlu variasiya var.
Ehtimal ki, Google və digər axtarış sistemləri də, bot məqalələrini aşkarlamaqda eyni üsullardan istifadə edir.
Qısası, maksimum dərəcədə, bu tip botlarla məqalə hazırlamaqdan qaçının. Bunun yerinə, unikal kontent hazırlamağa çalışın. Beləliklə, mümkün Google cəzalarından (penalty) yayınmış olacaqsınız.