Qlobal miqyasda şirkətlərin müxtəlif ölkələrdə mağazaları var. Buna görə də, istifadəçilərə, saytlarının müxtəlif ölkələrə və dillərə uyğun olan versiyalarını göstərmək istəyirlər. Bununla user experience -ı optimallaşdırmağı çalışırlar. Bundan başqa bizim yerli mütəxəssislərdən bəziləri Google reklamlarında dil probleminə görə botları yanıltmaq üçün geolokasiya yönləndirmələrindən istifadə etmək istəyir.
Burada ortaya bir sual çıxır - Geolokasiya yönləndirmələri SEO - ya təsir edir?
Bir çoxları düşünür ki, istifadəçiyə, olduğu ölkəyə uyğun səhifə (məsələn, dil versiyasını) göstərmək, axtarış sistemlərində nəticələrə mənfi təsir göstərir. Bununla da, sıralamada mövqe itirəcəklərini düşünürlər. Lakin, bu tam olaraq belə deyil. Gəlin məsələyə daha yaxından baxaq.
Geolokasiya yönləndirmələri veb saytda tam olaraq necə işləyir?
Təsəvvür edin, saytınızda bir neçə ölkə üçün səhifələr var. Bu zaman sayta daxil olan istifadəçinin IP adresi müəyyən edilir. İstifadəçi buna uyğun səhifəyə yönləndirilir.
Misal: Hər hansı bir istifadəçi Fransadan saytınıza daxil olur. Sizin saytın əsas versiyası ingilis dilindədir, lakin, fransız dili versiyası da var. Bu halda istifadəçinin IP adresinə baxılaraq, Fransadan daxil olduğu müəyyən edilir və daxil olduğu səhifə fransız dil versiyasına avtomatik yönləndirilir (redirect ilə).
Bəs geolokasiya yönləndirmələri SEO üçün təhlükəlidir?
Əgər hər şey düzgün edilirsə, xeyr. Lakin, burada bir məsələ var. Cloaking deyilən gizləmə üsulu var. Bu üsul Google üçün qəbulolunmazdır. Lakin, yönləndirmələr sırf cloacking demək deyil.
Gizləmə (cloaking) üsulu nədir?
Bəzən vebsayt sahibləri botları aldatmaq istəyir. Bununla da, böyük həcmli traffik əldə etmək istəyirlər. Saytlarında yüksək trafik gətirən açar sözlərə uyğun səhifələr hazırlayırlar. Lakin, həmin trafiki uyğun olmayan kontentli, spam olan səhifəyə yönləndirirlər. Googlebot bunu aşkar etsə, sayta cəza verə bilər. Buna görə də, gizləmə üsulundan istifadə etmək SEO üçün problemlidir.
Lakin, bu o demək deyil ki, bütün növ yönləndirmələr SEO üçün problemlidir. Əksinə, müvafiq şəkildə edilmiş düzgün yönləndirmələr Google-un tələbidir.
Google yönləndirmələri müəyyən edə bilir?
Cavab: Bəli. Belə ki, Google yönləndirmələri izləyə və istifadəçinin sonda hansı səhifələri gördüyünü rahatlıqla müəyyən edə bilir. Lakin, yönləndirmələrdə limit var. Həddindən artıq yönləndirmə zənciri qurmaq düzgün deyil.
Geolokasiya yönləndirmələri üçün əsas şərtlər aşağıdakılardır.
Qayda #1 Real istifadəçiyə davrandığınız kimi Google-a da davranın
Bəli, Google real istifadəçi kimi saytınızı izləyir. Buna görə də, onu aldatmağa çalışmayın.
Qayda #2 Ölkələrə müvafiq domeynləri istifadə edin
Əgər siz müxtəlif ölkələrdən gələn trafiki müvafiq səhifələrə yönləndirmək istəyirsinizsə, bu halda uyğun domeynləri alıb istifadə edin. Məsələn, digitalea.az Azərbaycan, digitalea.co.uk isə Krallıqdan olan istifadəçilər üçün işlədə bilərsiniz.
Qayda #3 Subdomeynlər istifadə edin
Bəzən ayrı-ayrı sayt adları almaq xərc olduğundan, sərfəli hesab edilmir. Bu halda subdomeynlər digər bir üsuldur. Məsələn, uk.digitalea.az, fr.digitalea.az kimi müxtəlif versiyaları müvafiq şəkildə işlədə bilərsiniz.
Qayda #4 Subdirektorilər (subdirectories) istifadə edin
Subdirektorilər bir başqa həll yoludur. Bunun üçün ölkə adlarını "/" - dən sonra istifadə edə bilərsiniz. Məsələn, digitalea.az/en, digitalea.az/ru və s.
Google yönləndirmələrində dublikat məsələrini necə həll edə bilərsiniz?
Qayda #5 Yönləndirmələri eyni səhifədə etməyin
Bəzən edilən bir xəta var. Yönləndirmələri eyni səhifədə edirlər. Belə ki, tək bir səhifənin daxilində yönləndirmə edib, kontenti dinamik şəkildə dəyişirlər. Bu o qədər də yaxşı üsul deyil.
Qayda #6 Lokasiyalara uyğun ayrı səhifələr və ayrı URL hazırlayın
Bəzən səhifə dəyişsə də, eyni kontent çox az dəyişir və əsas hissəsi qalır. Bu da müvafiq yanaşma deyil. Hər lokasiyaya uyğun spesifik kontent hazırlayın.
Spesifik kontentdə olduğu kimi spesifik URL də işlədin. Bununla iki şey əldə edəcəksiniz. Həm yönləndirmələri dublikatsız edə, həm də bu ayrı səhifələri spesifik dillərə və ölkələrə uyğun indekslədə biləcəksiniz.
Qayda #7 Hreflang işlədin
Hreflang təqləri dillərə görə çox əhəmiyyətli faktordur. Əgər vebsaytınızda müxtəlif dillər varsa, hreflang təqini işlətdikdə, Google hər səhifənin ayrıca dilə aid olduğunu müəyyən edə bilir. Məsələn:
Qayda #8 Kanonikal təq əlavə edin
Kanonikal təq Googlebotun səhifələrin əsas versiyasını aşkarlamağına kömək edəcək. Belə ki, əgər yönləndirmələrdə eyni kontent varsa, bu halda digitalea.az/blog və digitalea.az/en/blog üçün təq belə ola bilər:
<link rel="canonical" href="https://www.digitalea.az/blog" />
Qayda #9 İstifadəçilərə lokasiyanı özlərinin dəyişməyinə izin verin
Əgər siz hələ də, mümkün problemlərdən ehtiyat edirsinizsə, bu halda saytda popup və ya navbarda müvafiq hissədə linkləri əlavə edin. Bu halda istifadəçilərin özləri istədikləri ölkə versiyasına keçid edə bilərlər. Məsələn:
Popup:
Navbar:
Qısası, düzgün konfiqurasiya ilə problem yaşamadan geolokasiyaya uyğun yönləndirmələri edə bilərsiniz.