Səhifə sürəti problemləri və həlli yolları

Səhifə sürəti, səhifədəki kontentin nə qədər tez yüklənməsini ölçmək üçün istifadə edilən metrikdir. Səhifə sürəti bəzən "səhifənin yüklənmə vaxtı" kimi də qəbul edilir. Yəni, ekranda səhifənin bütün kontentinin yüklənməsi üçün lazım olan vaxtı ehtiva edir. Səhifə sürətini yoxlamaq üçün Google PageSpeed Insights və the Google Chrome Lighthouse kimi vasitələrdən istifadə edə bilərsiniz.
Səhifə sürəti çox vacibdir. Xüsusən aşağıdakı məsələlərdə əhəmiyyəti daha çox müşahidə edilir. 


1. Səhifə sürəti (Google tərəfindən təsdiqlənmiş) axtarış nəticələrində saytların sıralanma faktorudur


Əslində, Google alqoritmləri haqqında çox məlumat yoxdur. Bu səbəbdən, səhifə sürətinin proporsiya olaraq, nə qədər əhəmiyyətli olduğu dəqiq bilinmir. Ehtimal edilir ki, botlar tərəfindən ilk bitin yüklənməsi üçün lazım olan zaman ölçülür. Lakin, səhifə sürətinin, sıralanma faktorlarından biri olması tam dəqiqdir və təsdiqlənmişdir. Bu səbəbdən səhifə sürətində yaxşılaşma, Axtarış Sistemlərinin Nəticə Səhifələrində (SERP) həmin səhifənin daha yuxarılarda yer almasına kömək edə bilər.


2. Sürəti yavaş olan səhifələr, axtarış sistemlərinin botları tərəfindən daha az səhifənin tədqiq (crawl) edilməsinə səbəb ola bilər


Bu bir başqa problemdir. Çünki, botlar aspektindən səhifələrin tədqiqi üçün limit var. Buna tədqiq balansı (crawl budget) deyilir. Səhifə sürəti yavaşdırsa, bu daha az səhifənin tədqiq olduğu deməkdir. Belə bir vəziyyət öz növbəsində, indeksləmə prosesinə mənfi təsir edir.


3. Səhifə sürəti istifadəçi təcrübəsinə (user experience) təsir edir


Əgər səhifənin açılması çox uzun çəkirsə, bir çox hallarda istifadəçilər saytı erkən tərk edəcək. Buna görə də, aşağı səhifə sürəti, saytı dərhal tərk etmə nisbətini (bounce rate) artıra və ortalama səhifələrdə keçirilən zamanı azalda bilər.


Bütün bu səbəblərdən səhifə sürəti kritik problemdir və onun həlli çox əhəmiyyətlidir.


Səhifə sürəti ilə bağlı problemlər hansılardır və onları necə həll etmək olar?


1. Yönləndirmələrin çox olması


Həddindən artıq yönləndirmə zənciri (redirect loop) problemlərdən biridir. Bunun həlli üçün proqramistlərlə bu zəncirləri qısalda bilərsiniz. Ümumiyyətlə, 4-dən artıq yönləndirmə zənciri məqbul hesab edilmir. Axtarış sistemlərinin botları isə zəncirdə maksimum 10 yönləndirməyə baxa bilər.


2. Serverlərin gələn sorğulara cavab vermə vaxtının uzunluğu problemi


Serverlərin gələn sorğulara cavab vermə vaxtı bir digər problemdir. Sorğuya cavabın gec gəlməsinin bir neçə səbəbi ola bilər. Məsələn, gələn traffikin çoxluğu, resursların miqdarı, səhifə sayı və s. serverlərin cavabını ləngidir. Ən optimal halda server 200 ms ərzində gələn sorğuya cavab verməlidir. Buna görə də, serverlərinizdə optimizasiyası işinə diqqət ayırmalısınız.


3. Faylların sıxılması proqramlarını aktivləşdirin


Gzip kimi proqram təminatını aktivləşdirmək səhifə sürətini artıracaqdır. Bu proqram təminatı asanlıqla HTML, CSS və JavaScript kimi faylları 150 bayta qədər azalda bilər. 
Lakin, burada diqqətli olmalısınız. Belə ki, bu kimi proqram təminatı ilə şəkillərin həcmini azaltmayın. Bunun yerinə şəkilləri həcmini kiçildib daha sonra saytınıza əlavə edin.


4. Renderi-blok edən JavaScriptləri aradan qaldırın


Brauzerlər HTML faylları pars edərək render edir. Müəyyən hallarda isə bəzi JavaScriptlər səhifəni render edərkən sürətli yükləməni gecikdirir. Bu isə öz növbəsində problemdir. Bunun həlli üçün isə renderi blok edən JavaScriptləri silmək və ya gecikdirmək kimi üsullardan istifadə edə bilərsiniz.


5. HTML, CSS və JavaScriptləri kiçiltmək


Ümumiyyətlə, kodun icra olunması səhifə sürətinə təsir edir. Çünki, HTML, CSS və xüsusən JavaScriptləri icra etmək vaxt alır. Faylların optimizasiyası isə problemə həll ola bilər. Faylların optimizasiyası dedikdə, məsələn onları kiçiltmək (minify etmək), istifadə edilməyən kod hissələrini silmək, kommentləri çıxartmaq və s. ola bilər. Bundan sonra yekun səhifə yüklənməsində müsbət tendensiyanı müşahidə edəcəksiniz.


6.  Məzmun Çatdırılma Şəbəkəsindən (CDN) istifadə edin


Məzmun çatdırma şəbəkəsi və ya məzmun paylama şəbəkəsi (CDN), proksi serverlərin və onların məlumat mərkəzlərinin coğrafi olaraq paylanmış şəbəkəsidir. Məqsəd, xidmətin son istifadəçilərə paylanmasında yüksək əlçatanlıq və performansı təmin etməkdir. Adətən müəyyən həcmli faylların daha effektiv şəkildə səhifədə yüklənməsini təmin edir. Siz faylları birbaşa sayta yükləmək yerinə bu şəbəkələrə yükləyib, istifadə edə bilərsiniz. Buna görə də, CDN səhifə sürətinin optimallaşdırılmasına təsir edir.


7. Şəkillərin optimizasiyası və CSS Spraytlar


Şəkillərin həcmləri və formatı, sürətə təsir edən bir digər faktordur. Buna görə də, şəkillərin həcmini optimallaşdırmaq (sıxmaq) səhifə sürətinə birbaşa təsir edir. SVG, PNG və JPG məsləhət edilən şəkil formatlarıdır. 
CSS Spraytlar isə səhifə sürətini optimallaşdırmaq üçün daha məhsuldar seçimdir. Bu halda məsələn, bir neçə ikondan ibarət tək bir şəkil hazırlanır. Bu şəkil bir dəfə yüklənir. Developerlər bu şəklin üstündə arxaplan-pozisiya funskionallığı ilə şəklin müəyyən hissələrini saytın müxtəlif yerlərində işlədir. Bununla da hər dəfə yenidən renderə ehtiyac qalmır. Bu üsul xüsusən ikonlar və düymələr üçün effektiv üsuldur.


Qısası, ilk olaraq, səhifənin sürətini Google PageSpeed Insights və Google Chrome Lighthouse kimi vasitələrdə yoxlayın və problemləri aşkarlayın. Bundan sonra yuxarıdakı üsullarından istifadə edərək problemləri həll etməyə çalışın.