Requlyar ifadələr və ya “RegEx”, strinqləri qarşılaşdırmaq (yoxlamaq ) üçün istifadə edilən simvollardır. Özlüyündə bu ifadələr kriteriya əsaslı dildir olduğundan, Google Təq Menecer kimi data çəkən platformalarda da, işlədilir. Həmçinin JavaScriptdə requlyar ifadələr JavasScript obyektlərdir.
Requlyar ifadələr, rəqəmsal marketinqin bir çox sahələrində faydalıdır. Adətən işləri asanlaşdırmaq üçün istifadə edilir. Misal üçün, GTM-də bir neçə tətikləyicini tək bir tətikləyici içərsində yazmaq istəsəniz, requlyar ifadələrdən istifadə edə bilərsiniz. Nümunə olaraq, A ya da B - ni götür - demək üçün A | B kimi yazmağınız kifayət edir. Bu isə vaxta qənaət etmək və rahatlıq deməkdir.
Hazırda RegExlər geniş olaraq, Google Analitiks, Google Data Studio, Google Sheets və Google Təq Menecerdə istifadə edilir.
Requlyar ifadələrdən istifadə etmək üçün əvvəlcə, RegEx simvolları, mənalarını və işlənmə məntiqlərini başa düşməlisiniz. GTM-də ən çox işlənən RegExlər isə bunlardır .
RegEx #1 | mənası - Ya, ya da
Nümunə: a|b – yazmaq; ya a ya da b ilə uyğunlaşsın - deməkdir
RegEx #2 . (tək bir nöqtə) - istənilən tək bir simvolu götür deməkdir
Nümunə: a.d – bu yazılış ilə siz, a və d arasında iştənilən simvol ola bilər - deyirsiz. Bu halda, məsələn, yazılan şərt, ajc, acc, abc... ilə uyğunlaşa bilər deməkdir.
RegEx #3 ? - sıfır ya da bir əvvəlki simvol
Nümunə: goo?gle – yəni nümunə demək istəyir ya boş qoy ya da əvvəlki simvolu, bizim misalda "o" -nu götür. Şərti olaraq, bu yazılış gogle və ya google ilə uyğunlaşır, lakin, gooogle ilə uyğunlaşmır. Çünki, əvvəlki tək bir simvol işlədilə bilir.
RegEx #4 * - sıfır və ya bir neçə əvvəlki simvol
Nümunə: Bu halda goo*gle – demək, ifadənin gogle, google, gooogle ilə uyğunlaşır demək kimidir.
RegEx #5 + bir və daha çox əvvəlki simvol
Nümunə: goo+gle – google və gooogle ilə uyğunlaşır, lakin, gogle ilə yox.
RegEx #6 ^ strinq bu ifadə ilə başlayır deməkdir
Nümunə: ^apple - yəni məcburdur ki, strinq apple sözü ilə başlasın. Bu halda nümunə "apple juice" ilə uyğunlaşır, lakin, "pineapple" ilə yox.
RegEx #7 $ strinq sonda işlənir
Nümunə: apple$ - deməkdir ki, ifadə sonda mütləqdir ki, "apple" ilə bitsin. Bu halda nümunə "pineapple" ilə uyğunlaşır, lakin "apple juice" yox.
RegEx #8 [] nələrinsə siyahısı
Nümunə: [a-z] – bu o deməkdir ki, a-dan z-yə qədər hər şeylə uyğunlaşır. Məsələn, h2[a-z], 2-dən sonra a-dan z-yə qədər istənilən simvol ilə uyğunlaşır. Məsələn, ah2h və h2o ilə uyğun ola bilər.
RegEx #9 () qrup elementlər deməkdir
Nümunə: Jan(unary) - Jan və January ilə uyğunlaşır
RegEx #10: {} simvol sayını müəyyən edir {x}, {x,y}
Nümunə: [0-9]{2} – bu o deməkdir ki, 01-dən 99 - a qədər ikili bütün yazılış kombinasiyaları ilə uyğunlaşır.
RegEx #11: \ bu işarə isə şərt daxilində digər RegEx simvollarına mənasız bir simvol kimi davranmağı məcbur edir
Nümunə: \? - məsələn, yuxarıda sual işarəsi, sıfır ya da bir əvvəlki simvol kimi başa düşülürdü. Əgər qarşısında \ varsa, bu adi sual işarəsi deməkdir. Hər hansı bir requlyar ifadənin kəsb etdiyi mənanı ləğv edir.
Google Təq Menecerdə RegEx necə istifadə edilir?
Əslində bir çox yerdə requlyar ifadələr istifadə edilir. Lakin, əsasən tətikləyicilərdə və dəyişənlərdə istifadə olunur.
RegEx ilə Tətikləyicilər
RegEx ilə Tətikləyiciləri asanlıqla işlətmək olar. Məsələn, bizim nümunədə, uyğun etiketi müəyyən etmək üçün "ya, ya da" formasında bir neçə etiketi seçmək üçün istifadə edilmişdir.
Ən çox filtrləmədə istifadə edilir. Məsələn, aşağıdakı dörd əsas formanı görmüş olarsız. Bunlar asan olsun deyə, şərtlərin sözlə ifadə edilmiş formasıdır. Arxa tərəfdə Google bu RegExləri istifadə edir.
Dörd əsas şərt var:
Matches RegEx - RegEx ilə uyğunlaşsın
Matches RegEx (ignore case) - RegEx ilə uyğunlaşsın (böyük və kiçik hərflərə baxılmasın)
Does not match RegEx - RegEx ilə uyğunlaşmasın
Does not match RegEx (ignore case) - RegEx ilə uyğunlaşmasın (böyük və kiçik hərflərə baxılmasın)
Dəyişənlər RegEx ilə
RegEx əsasən RegEx Cədvəllərində istifadə edilir. Bu dəyişənlərin Google Təq Menecerdə xüsusi növüdür. Lookup Cədvəli kimidir. Lakin, bu sizə şərtin özündə requlyar ifadələri işlətməyə icazə verir. Həmin hissədə üç əsas qutucuq var.
Ignore Case - Böyük və kiçik hərflərə baxılmasın
Full Matches Only – Bu seçim, sizə tətikləyici üçün şablon bütünlüklə uyğunlaşırsa nəticə verməyi gərəkli edir.
Enable Capture Groups and Replace Functionality – Siz, daxil olan dəyişəninizin hissələrini tuta və sonra $ -əvəzetmə sintaksisindən istifadə edərək nəticədə nə yazdırmaq istədiyinizi müəyyən edə bilərsiniz.
Xüsusi JavaScriptlərdə RegExlərdən istifadə edə bilərsiniz
Xüsusi JavaScriptlərə nümunə kimi aşağıdakı kodu göstərmək olar
Google Təq Menecerdə Requlyar ifadələrin ən çox istifadə edilən formaları
Tətikləyicidə boş strinq işlətmək üçün ^$ ifadəsi
Bu işarə şərtdə boş strinqi müəyyən etmək üçün istifadə edilir.
Tətikləyicidə hər şeyi seçmək üçün - RegEx .*
Nöqtə və ulduz ilə siz, hər şeyi seçmək istədiyinizi bildirirsiniz. Məsələn, siz bütün etiketləri (eventləri) seçmək üçün Custom Event hissəsində .* işarəsini qeyd edərək bunu edə bilərsiniz.
Nəticə olaraq, requlyar ifadələr tətikləyicilərdə; müxtəlif formalı datanı alıb yenidən yazdırmaqda və digər xüsusi Javascriptləri hazırlamaqda işlənir. Siz də, işləri asanlaşdırmaq üçün faydalana bilərsiniz.