Bir çox bizneslər kampaniyaları üçün QR kodlardan istifadə edir. Bu səbəbdən, QR kodların yekun nəticələrini izləmək istəyirlər. Sual isə belədir: QR kodların nəticələrini Google Analitiks 4 ilə necə izləmək olar?
Bunun üçün aşağıdakı addımları izləyin.
İlk öncə, bir məsələni qeyd etməliyəm ki, heç bir Analitik vasitə birbaşa QR kodları izləyə bilmir. Buna görə də, reportlarda QR kodlardan gələn trafik "birbaşa (direct) trafik" kimi qeyd edilir.
Lakin, siz aşağıdakı üsulla hətta QR kodları da, izləyə bilərsiniz.
- İlk öncə Kampaniya üçün URL hazırlayan platformaya bu link ilə keçid edin
- Trafiki gətirmək istədiyiniz səhifənin linkini əlavə edin
- Müvafiq hissəyə utm_source əlavə edin
- Daha sonra utm_medium hissəsinə müvafiq adı qeyd edin
- Sonda utm_campaign hissəsində kampaniyanın adını daxil edin
Medium - gələn trafik üçün daha geniş mənbə deməkdir. Məsələn, email, qr-code və s. ola bilər.
Source - trafikin birbaşa mənbəyini göstərir. Bu hissədə vebsaytın domaini, mailchimp və s. yazıla bilər.
Campaign - kampaniyanız üçün müəyyən etdiyiniz ad ola bilər.
Bizim nümunədə:
"utm_souce" saytın linki, "digitalea.az"
"utm_medium" olaraq "qr-code"
"utm_campaign" olaraq isə "Digitalea QR Code" qeyd edilib.
Həmin linki öz QR kod platformanıza daxil edin və müvafiq QR kodunuzu hazırlayın
Gələn trafiki necə test etmək olar?
- QR kodu GA4 - da test etmək üçün ilk öncə kodu skan edin və GA4 hesabınıza daxil olun.
- Realtime reportlarına keçid edin
- Eventlər hissəsinə baxın
- Həmin hissədə Source, Medium və Campaign hissələrini yoxlayın
Yekun nəticələri görmək üçün isə aşağıdakı addımları izləyin:
- Reports > Acquisition > Traffic Acquisition
- Sütunun yuxarısında ada klikləyib və "Session medium" seçin
- İkincil olaraq, "Session campaign" seçin
Əlavə olaraq, tətbiqlərin də dinamik linklərini izləmək mümkündür. Bu halda Firebase - ə daxil olub, "Dynamic Links" hissəsinə keçid edin. Müvafiq hissədə "Campaign tracking, social tags and advanced options" hissəsində UTM parametrləri əlavə edin və yadda saxlayın
Beləliklə, yekun nəticəni görə biləcəksiniz. Əgər yeni başlanmış kampaniyadırsa, bu halda bir müddət data reportlarda əks olunmaya bilər. Bu halda təqribən 24-48 saat arası müddəti gözləyib təkrar yoxlayın. Həmin hissədə, kampaniyada əldə edilmiş bütün nəticələri yoxlaya biləcəksiniz.