Kampaniyaların URL izləmə şablonu

Kampaniyaları qurarkən, URL optiondan istifadə etmək sizə bir çox üstünlük verir. Məsələn, Axtarış (search) kampaniyalarında yüzlərlə fərqli açar söz üzrə, trafikin mənbəsini, kampaniyanın adını, uyğunluq növünü (matchtype) və s. kimi məlumatları izləmək istəyirsinizsə, bu funskionallığı istifadə edə bilərsiz.


İzləmə Şablonunda (Tracking Template) siz bütün parametrləri qeyd etməlisiz. 


1.  {lpurl} - XML tag kimi İngilis dilində "Landing Page URL" birləşməsinin qısaldılmış formasıdır. Bu sizin kampaniyada qoyduğunuz landing page - ə işarə edir. Google avtomatik həmin url - i landing üçün səhifə kimi başa düşür 
2. İzləmək üçün əlavə parametrlər qeyd edə bilərsiniz. İki tip parametr var:


a) Google - un müəyyən etdiyi parametrlər
b) İstifadəçilərin müəyyən etdiyi parametrlər

{lpurl}?utm_source={_source}&utm_medium={_medium}&utm_campaign={_campaign}matchtype={matchtype}&keyword={keyword}

 


kampaniya url istifadəçi parametrləri

 

Məsələn, nümunədən göründüyü kimi, burada "source" custom şəkildə müəyyən edilib. Custom Parametr kimi müvafiq hissədə parametr və onun dəyəri (value) qeyd edilir. Həmin parametr şablonda {_source} kimi əlavə edilir. Nəticədə utm_source={_source} alınır. Yəni, Google value hissədən utm_source=google kimi qəbul edir. Beləliklə, istifadəçinin gəldiyi mənbənin Google olduğunu asanlıqla müəyyən edə bilirsiz. 


Bəzi parametrlər Google tərəfindən müəyyən edilmişdir. Linkdən sözügedən parametrlərə baxa bilərsiniz 

açar söz utm izlənməsi

Bizim nümunəmizdə  matchtype={matchtype} və keyword={keyword} şəklində müəyyən edilmişdir. Beləliklə, reklamınız klikləndiyində, istifadəçinin axtarış edərək gəldiyi açar söz,  avtomatik olaraq URL - ə əlavə edilir. Nəticədə məsələn istifadə "digital bloq" axtararaq gəlibsə, keyword = digital+bloq kimi url - ə daxil olur.


Dataları görmək üçün isə GA4 hesabınıza daxil olaraq, Reports - Acquisition - Acquisition overview - view Google Ads campaigns --- hissəsinə daxil olun. Həmin hissədə "Session Google Ads campaign" menyusunda  "Session Google Ads keyword text" seçərək bütün açar sözləri və digər metrikləri görə biləcəksiniz. 

Son bir məsləhət kimi, bunu da qeyd edim ki, {lpurl} -dan sonra "?" işarəsi və parametrlər arasında "&" simvolu qoymağı, ən sonda isə Google Ads - də test etməyi unutmayın.