HTTP status kodları və izahları

2xx (uğurlu)

Google səhifəni indeksləmə üçün uyğun hesab edir. Əgər səhifədə problem varsa və ya boş səhifədirsə, bu halda Search console-da soft 404 xətası çıxır. 


3xx (yönləndirmə)

Bu status isə saytdakı yönləndirmələri göstərir. Googlebot təqribən ardıcıl 10 keçidi izləyə bilir. Lakin, çalışın keçid zəncirini 4 - dən çox etməyin. Düzgün olmayan səhifələri https və www - lu versiyaya yönləndirin. 


4xx (klient xətaları) 

Google bu xətalar olan səhifələri indeks üçün nəzərə almır. Belə halda, həmin səhifələri indeksdən silir. Ən çox qarşılaşılan 404 (tapılmadı) xətasıdır. 

5xx (server xətaları) 

Server xətaları Google botlarını müvəqqəti olaraq yavaşladır. Bu halda səhifələr bir müddət indeksli olaraq qalsa da, son nəticədə indeksləmədən silinir.


Əgər robots.txt faylı server xətası verərsə və bu hal 30 gün ərzində davam edərsə, Google ən son götürdüyü kopyanı əsas alır və onu istifadə edir. Əgər daha sonra da, fayl ümumiyyətlə, mövcud olmazsa, Google linkləri bir-bir izləməyə və indeksləmə başlayar. Belə ki, robots.txt faylı olmazsa, bu hal Google üçün şərti olaraq bütün linkləri izləmək olar - deməkdir.