Bir neçə gün əvvəl Google özünün axtarış sistemində ən son yeniləməsini etdi. Bu yeniləmə ilə avtomatlaşdırılmış şəkildə kontent hazırlayanlara (spamlara) qarşı mübarizəni genişləndirib. Adətən, Google faydalı və yüksək keyfiyyətli məzmunu, aşağı keyfiyyətli, spam və ya botların yazmış olduğu kontentdən fərqləndirmək üçün bu tip yenilikləri müntəzəm olaraq edir.
Google bloq yazısında ən son yenilənmə barədə bəzi məlumatları paylaşıb. Yenilənmədən əsas aşağıdakılar anlaşılır:
Təkmilləşdirilmiş keyfiyyət sıralaması: Google ən faydalı məlumatın axtarış nəticələrində daha yuxarılarda çıxmasını təmin etmək və SERP-də orijinal olmayan məzmunu azaltmaq üçün əsas sıralama sistemlərində alqoritmik təkmilləşdirmələr edir
Yeni və təkmilləşdirilmiş spam siyasəti: Google həmçinin, spam yığını kimi fəaliyyət göstərən; vaxtı keçmiş vebsaytları, habelə ən aşağı keyfiyyətli məzmunu Axtarış nəticələrindən kənarda saxlamaq üçün öz spam siyasətini sərtləşdirir
Aşağı keyfiyyətli, orijinal olmayan nəticələrin azaldılması
Bu yeniləmə ilə Google, veb-səhifələrin faydasız və ya zəif istifadəçi təcrübəsinə malik olub-olmadığını daha yaxşı başa düşəcək. Əlavə olaraq, əgər kontent istifadəçilərin yerinə, axtarış sistemləri (aldatmaq) üçün yaradılıbsa artıq bu da, daha effektiv aşkarlanacaq. Bu səbəbdən, bəzi əsas sıralama faktorlarını təkmilləşdirdiyi bildirilir. Bu yeniləmədən sonra aşağı keyfiyyətli, orijinal olmayan məzmunların nəticələrdə 40% azalacağı ehtimal edilir.
Axtarış nəticələrindən spamlar xaric ediləcək
Spamların silinməsi bu yeniləmənin mühüm hissəsidir. Görünən odur ki, Google spam siyasəti çərçivəsində daha çox sərtləşmələrə gedir. Bununla da, spamları tamamilə axtarış nəticələrindən xaric etməyə çalışır.
Məzmundan sui-istifadə
Əksər insanlar axtarış reytinqlərini manipulyasiya etmək üçün aşağı keyfiyyətli və ya orijinal olmayan məzmun yaratmaqda avtomatlaşmadan istifadə edirlər. Xüsusən yeni süni intellekt texnologiyaları bu avtomatlaşmaya təkan verir. Lakin, son yenilənmə ilə Google bu məsələyə də, təsirini genişlədirir.
Saytın reputasiyasından sui-istifadə
Bəzən daha yaxşı məzmunu olan veb-saytlar, güclü reputasiyalarından faydalanmaq üçün üçüncü tərəflər tərəfindən təqdim edilən aşağı keyfiyyətli məzmuna da saytlarına yerləşdirirlər. Bu yeniləmədən sonra, Google bu tip saytların SERP-də təsirini azaldacaq.
Müddəti bitmiş domaindən sui-istifadə
Müəyyən hallarda vaxtı keçmiş domainlər veb sayt sahibləri tərəfindən alınır və daha aşağı keyfiyyətli və ya orijinal olmayan məzmunu yerləşdirməklə, reytinqlərini artırmağa çalışırlar. Bu isə öz növbəsində istifadəçilərin düzgün nəticələr tapmağına əngəl törədir. Google bu hallar da, mübarizəni artıracağını bildirir.
Yekun olaraq, Google son yenilənmə ilə spamlara, avtomatlaşmaya və eyni zamanda, sui-istifadə hallarına qarşı ciddi tədbirlər görəcəyini bildirir. Bununla da, axtarış sisteminin nəticələrini daha yeni və orijinal kontentlə qoruamağa çalışır.