Rəqəmsal marketoloqlar bəzən ödəniş sistemləri ilə bağlı problem yaşayırlar. Gəlin bu problemə yaxından baxaq.
Təsəvvür edin, sosial şəbəkədəki reklamınızdan istifadəçi saytınıza daxil olur və sifariş verir. Bu zaman ödənişi etmək üçün ödəniş sisteminin saytına keçid edir. Ödənişi tamamladıqdan sonra, istifadəçi geriyə sizin thank-you səhifənizə qayıtsa belə, Google Analitiksdə sizin yönləndirilmiş (referrals) trafikiniz həmin ödəniş saytı olaraq göstəriləcəkdir. Halbuki, trafikin həqiqi mənbəyi sizin sosial şəbəkədəki reklamınızdır.
Bəs Google Analitiks 4 - də istənilməyən yönləndirmələri necə filtrləmək olar?
Bunun üçün aşağıdakı addımlar izləyin:
- Analitiks hesabınızda Admin hissəyə keçid edin
- Data stream hissəsini seçin
- Qeyd edilən ada daxil olun
4. "Configure tag settings" hissəsini seçin
5. Hamısını göstər hissəsinə klikləyin
6."List unwanted referrals" hissəsini seçin
7. Filtrləmək istədiyiniz domaini qeyd edin
8. "Yadda saxlaya" klikləyin
Bununla bağlı bir məsələni yadda saxlamalısınız. Uyğun olmayan yönləndirmələri data streamdən filtrlədikdə, bu ümumi sesiyadan çıxarılmır. Eventin sesiyası yenə də, izlənmiş olacaq və "direct" trafik kimi qeyd olunacaq.
Lakin, istifadəçilər sizin saytdan ödəniş sisteminə keçsələr və daha sonra thank-you səhifəsinə 30 dəqiqə içərisində gəlsələr, bu halda trafik, ilkin source kimi qeyd ediləcək. Yəni, bizim misalda, siz ödəniş sistemini filtrləsəniz, bu halda trafikin mənbəyi sosial şəkəbə olaraq göstəriləcəkdir. Bu limit avtomatik olaraq, 30 dəqiqə seçilir. Əgər siz bu limiti artırmaq istəsəniz, aşağıdakı addımları izləyin.
Admin hissədə "Configure tag settings" hissəsinə keçin
"Hamısını göstər"-ə klikləyin
"Adjust session timeout" sözünə klikləyin
İstədiyiniz vaxtı seçin və "Yadda saxla" düyməsinə toxunun
Google Analitiks 4-də filtrlənmiş trafik DebugView-da
GA4 da trafiki filtr etdikdə, DebugView-da eventin içərisində də bunu görə bilərsiniz. Belə ki, bu filtr, parametr hissəsində "ignored referral" kimi bu qeyd ediləcəkdir.