Google Analitiks 4 DebugView - nu necə aktivləşdirmək olar?

Ümumiyyətlə, Google Təq Menecerdə istənilən təqi qurduqdan sonra asanlıqla bunu yoxlamaq mümkündür. Bunun üçün İlkin baxış (Preview) düyməsinə klikləyib, təqi yoxlamağınız kifayətdir. Lakin, Google bunun üçün GA 4 - də xüsusi funksiyanallıq da, hazırlamışdır ki, analitiks daxilində bu DebugView adlanır. Bunu dilimizə ən uyğun şəkildə desək, "xəta təmizləmə baxışı" kimi tərcümə edə bilərik.

Lakin, təqin ilkin konfiqurasiyası zamanı bu hissə avtomatik aktiv olmur. Bunun üçün GTM - də GA4 əsas konfiqurasiya təqinin daxilində bu funksionallığı aktiv etməlisiniz.

Google Analitiks 4 ilə DebugView funsionallığını necə aktiv etmək olar?

debug_mode hadisə parametri


debug_mode hadisə parametrini əlavə etmək üçün ilk olaraq GTM hesabınıza daxil olub parametri müfaviq hissədə əlavə etməlisiniz.

Bunun üçün aşağıdakı addımları izləyin:


1. GTM hesabınıza daxil olun
2. Əsas konfiqurasiya təqinə klikləyin. Şəkildəki kimi, həmin yerdə  "Field to Set" hissəsinə klikləyin, debug_mode parametrini və "true" dəyərini əlavə edin 


3. GA4 hesabınıza daxil olun və orada sol aşağı tərəfdə ikona klikləyin
4. DebugView sözünə toxunun


5. Həmin hissədə müvafiq seçimi edib datanı görə bilərsiniz.


Bundan başqa GA Debugger Chrome uzantısını da istifadə edə bilərsiniz.