Developerlərin 2022-ci ildə ən çox istifadə etdiyi veb texnologiyalar hansılardı?
Global olaraq, proqramlaşdırmada trendlər dəyişməkdədir. Belə ki, yeni proqramlaşdırma dilləri və onların frameworkləri sürətlə populyarlaşır. Bu trend rəqəmsal marketoloqlar üçün mühümdür. Ən azından, müəyyən qədər məlumatlı olmaq praktikada mütəxəssislərə faydalıdır.
Bundan başqa biznes sahibləri və ya şirkətlərdə bu işlə məsul olan şəxslər də, yeni frameworklərə diqqət yetirməlidir. Çünki, trendlər dəyişdikcə, veb saytlara dəstək imkanları zəifləyir. Bunun bir neçə səbəbi var. Əvvəla, bir çox yeniliklər yeni frameworklərdə tətbiq edilir. Bunlar isə adətən yeni imkanlarla zəngin olur. Yənu, mövcud trendləri izləmədən köhnə texnologiyalar tətbiq etmək, yeniliklərdən uzaq qalmaq deməkdir. Bundan başqa gələcəyin koderləri əsasən populyar texnologiyaları öyrənməyə çalışırlar. Bu isə köhnə texnologiyalar tətbiq edilməklə yazılan vebsaytlara və sistemlərə dəstək imkanlarını çətinləşdirir. Buna görə də, yeni tendensiyaları izləmək şirkətlərə də faydalıdır.
Bəs 2022-ci ildə ən çox istifadə edilən proqramlaşdırma dilləri hansılardır?
Statistaya əsasən JavaScript, HTML/CSS, SQL, Java, C, PHP kimi ənənəvi dillərlə birlikdə, Python və TypeScript də, ən çox istifadə olunan dillər arasındadır.
2022-ci ildə proqramistlər arasında dünyada ən çox istifadə olunan veb framework hansılardır?
Statista öz sorğusunun nəticələrinə əsasən backend və frontend qarşışıq olaraq aşağıdakı datanı paylaşıb.
Backend tərəfdə Node.js , Django, Flask və Laravel kimi frameworklər populyardır. PHP Laravel illərdi dominant frameworklərdən biri olsa da, göründüyü kimi Python əsaslı Django və Flask son dövrlər populyarlaşır. Sorğuya əsasən Node.js isə siyahıya dominantlıq edir.
2022-ci ildə ən çox istifadə olunan kitabxanalar və frameworklər isə bunlardır
Python əsaslı NumPy, Pandas, TenserFlow, Scikit-learn, PyTorch, Keras kimi maşın öyrənmə sistemləri üçün istifadə olunan kitabxanalar siyahıda böyük yer tutur. Bununla birlikdə, Flutter və React Native tətbiq hazırlanmasında çox istifadə edildiyindən siyahıda üst yerlərdədir.
Hazırda ötən ilə nəzərən sahədə olan yekun mənzərə belədir. Lakin, çalışın hər zaman biznes sahibi və ya mütəxəssis olmağınızdan asılı olmayaraq, ən son trendləri daim izləyin.